“Telegram” sosial şəbəkəsində yaxın günlərdə bir sıra dəyişikliklər ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Telegram”ın yaradıcısı Pavel Durov məlumat verib.
P.Durovun sözlərinə görə, artıq bu ay “Telegram”da xüsusi ödənişli abunəlik sistemi işə düşə bilər. Onun sayəsində istifadəçilər həm messencerə dəstək ola, həm də bütün kanallarda reklam elanlarının göstərilməsi özəlliyindən azad ola bilərlər.
Eyni imkan kanalların sahiblərinə də təqdim ediləcək. Lakin kanalların sahibləri üçün bu imkan daha fərqli şəkildə reallaşdırılacaq.
O, əlavə edib ki, reklam elanları fərdi çatlarda və ya qruplarda əks olunmayacaq. Onlar yalnız böyük istifadəçi kütləsinə sahib kanallarda yer alacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:09 / 09.11.2021
“Telegram”da yenilik - Ödənişli abunəlik olacaq
Hazırda oxunan: “Telegram”da yenilik - Ödənişli abunəlik olacaq
Hazırda oxunan: “Telegram”da yenilik - Ödənişli abunəlik olacaq
0:00
0:00
45321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.