“Dünyanın 32 ölkəsində 443 Atom Elektrik Stansiyası(AES) hələ də işlək vəziyyətdə olduğu halda, “Türkiyənin nüvə enerjisi olmasın” demək xəyanətdir. Sual olunmalıdır ki, Türkiyə niyə 20-30 il əvvəl bu addımı atmadı. Dünyada 60 ildir istifadə olunan bu enerjiyə təzəcə çatmağımız böyük itkidir".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, “Akkuyu” AES-in istifadəyə verilməsindən sonra ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisinə başlayacaqlar.
"Biz “Akkuyu” AES-in birinci blokunu 2023-cü ildə istismara verməyi planlaşdırırıq. “Akkuyu”dan sonra ikinci, hətta üçüncü atom elektrik stansiyasının tikintisi üçün sürətli hazırlıqlara başlayacağıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Oral Mədənçi, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:58 / 09.11.2021
Ərdoğan dünyaya elan etdi: Türkiyənin atom enerjisi PLANI - VİDEO
Hazırda oxunan: Ərdoğan dünyaya elan etdi: Türkiyənin atom enerjisi PLANI - VİDEO
Hazırda oxunan: Ərdoğan dünyaya elan etdi: Türkiyənin atom enerjisi PLANI - VİDEO
45307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.