Moderator.az-ın məlumatına görə, Teymur Yoldaşev Luqansk vilayəti yaxınlığında yerləşən Şastya şəhərinə gələrkən naməlum silahlıların hücumuna məruz qalıb.
Luqansk milis idarəsi açıqlama verib ki, komandir Teymur Yoldaşevin sərbəst buraxılması üçün əllərindən gələni edirlər.
Qeyd edək ki, “Teymur” ” xüsusi milis bölməsi bir müddət əvvəl Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən Rusiya diversant qruplarına qarşı yaradılıb.





























































































