Moldovanın Baş Naziri istefa verməyəcəyini söylədi

Hazırda oxunan: Moldovanın Baş Naziri istefa verməyəcəyini söylədi

4503

Moldovanın Baş naziri İon Kiku etirazlara baxmayaraq hələ istefa etmək niyyətində olmadığını açıqlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Kiku keçirdiyi brifinqdə hökumətin dövlət büdcəsi layihəsini işləmək məcburiyyətində olduğunu söyləyib.

O bildirib ki, istefa barədə hələ heç bir söhbət yoxdur.

Baş nazir bildirib ki, ölkədə əmək haqqı və təqaüdün verilməsində problem yaşanmasın deyə, hökumət büdcəni təqsdiqləməlidir:

“Buna görə hamıdan sakit olmasını xahiş edirəm. Önümüzdəki 10-12 gündə dövlət büdcəsi layihəsinin qəbul edilməsi lazımdır.Bundan sonra bütün siyasətçilər cəmiyyət nə tələb etsə onu da yerinə yetirməlidir”,- deyə Kiku vurğulayıb.

Qeyd edək ki, Moldovanın yeni Prezidenti Maya Sandu, Kişinyovun mərkəzində etiraz aksiyası keçirib.

Etirazçılar ölkədəki vəziyyətin öhdəsindən gələ bilmədiyi üçün baş nazirin istefasını tələb ediblər. Sandu, erkən parlament seçkilərinin keçirilməsində də israrlıdır.

Yerli qanunvericiliyə görə, prezident baş naziri istefaya göndərə və parlamenti buraxa bilməz. Buna görə Sandunun tərəfdarları baş nazirin könüllü istefasına israr edirlər.

Əgər bundan sonra millət vəkilləri yeni kabinet qura bilməyəcəklərsə, o zaman ölkə erkən parlament seçkiləri ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin