Maduro sosialistləri təbrik etdi

Hazırda oxunan: Maduro sosialistləri təbrik etdi

4491

Venesuela Prezidenti Nikolas Maduro tərəfdarlarını parlament seçkilərdə sosialistlərin qələbəsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Maduro bu barədə VTV telekanalında çıxışı zamanı deyib.

O bundan sonrakı fəaliyyətində xüsusilə ölkənin iqtisadiyyatının bərpası istiqamətində dəyişiklik edəcəyini deyib:

"Biz qazanmağı və uduzmağı bilirik və bu gün də qazandıq”-deyə o vurğulayıb.

Qeyd edək ki, Venesuela Milli Seçki Komissiyasının məlumatına görə, səslərin 82 faizinin hesablanmasının nəticələrinə əsasən Simon Bolivarın Böyük Vətən Qütbünün Sosialist İttifaqı liderdir. İkinci yerdə isə 17, 95 faizlə müxalifət partiyası olan Demokratik İttifaq dayanır.

Venesuelada parlament seçkilərinə 107 siyasi partiya və birlik, ümumilikdə isə 14 mindən çox namizəd qatılıb. Müxalifət lideri Xuan Quaido da daxil olmaqla 20-dən çox partiya səsvermədən imtina edib.

Xatırladaq ki, seçkilərdən əvvəl prezident Nikolas Maduro müxalifətin qalib gələcəyi təqdirdə istefaya gedəcəyini də söyləmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin