Ağ Ev kəşfiyyat rəhbərini niyə Rusiyaya göndərib? – SON GƏLİŞMƏ

Hazırda oxunan: Ağ Ev kəşfiyyat rəhbərini niyə Rusiyaya göndərib? – SON GƏLİŞMƏ

44869

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns Vaşinqtonun Ukrayna ilə sərhəddə rus ordusunun hərəkətlərinə diqqət yetirməsi barədə xəbərdarlığını çatdırmaq üçün Rusiyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Kanalın həmsöhbətlərinin sözlərinə görə, Berns ABŞ prezidenti Co Bayden tərəfindən işgüzar səfərə göndərilib. Noyabrın 2-4-də baş tutan səfər zamanı MKİ rəhbəri Rusiyanın yüksək rütbəli rəsmiləri ilə görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağ Evin Cənubi Qafqazla bağlı QARA PLANI – Bayden diplomatlarına nə tapşırıb?


CNN qeyd edir ki, Bayden administrasiyası son günlər Moskva ilə Kiyev arasında artan gərginliyi azaltmaq üçün səylərini gücləndirib. Berns Rusiyanı hər hansı hücum əməliyyatları keçirmək planlarına qarşı xəbərdar etməli və ABŞ-ın Rusiya qoşunlarının və texnikalarının Ukraynanın şimal sərhədi yaxınlığında hərəkətlərindən narahat olduğunu göstərməli idi.

Kanalın məlumatlı mənbələrə istinadən yaydığı informasiyaya görə, Rusiyadakı görüşlərindən sonra Berns bölgədə gərginliyi azaltmaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə də telefonla danışıb.
 

Bundan əlavə, Berns qışda baş verə biləcək enerji böhranı təhlükəsi ilə əlaqədar Rusiya hakimiyyətinə qaz ixracı məsələsindən Ukrayna və Avropa ölkələrinə təzyiq aləti kimi istifadə etməmək barədə xəbərdarlıq edib.


Qeyd edək ki, oktyabrın sonunda dünyaca nüfuzlu “The Washington Post”, “Politico” və “CIT” kimi jurnallar rus qoşunlarının "Qərb 2021" Rusiya-Belarus hərbi təlimindən sonra Ukrayna sərhədinə çəkildiyini və bunun "narahatlıq doğuran" məsələ olduğunu bildirmişdi.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin