Belarus prezidenti dünən Krıma uçmaq istəyib, lakin Putin bölgəyə onsuz gedib.
Bizim.Media Belarus mətbuatına istinadən xəbər verir ki, bu haqda informasiyanı Rusiya və Belarus Birlik Dövlətinin Ali Şurasının onlayn iclasında Aleksandr Lukaşenko yayaraq çox əsəbiləşib.
“Rusiya prezidenti məni Krıma aparmadı, orada belarusların həm əmlakları var, həm də digər problemlərlə üzləşiblər. Üstəlik Ukrayna Belarus üçün səmanı da bağlayıb. Biz ora gedə bilmirik”, deyə o, qeyd edib.
“Vladimir Vladimiroviç mənə söz verdi ki, Krıma aparacaq, oradakı layihələri göstərəcək, amma özü tək getdi, məni dəvət etmədi”, deyə Lukaşenko etirazını bildirib.
Bizim.Media