Pandemiyadan daha təhlükəli nə var? - Bill Qeytsdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Pandemiyadan daha təhlükəli nə var? - Bill Qeytsdən XƏBƏRDARLIQ

44704

“Microsoft”un qurucusu və xeyriyyəçi Bill Qeyts bildirib ki, dünya təkcə yeni pandemiyalara deyil, həm də mümkün terror hücumlarına da hazırlaşmalıdır. Onun fikrincə, bu zaman bioloji silahlardan istifadə edilə bilər.

Bizim.Media xəbər verir ki, Qeyts bu barədə Britaniyanın “Policy Exchange” ictimai təşkilatına müsahibəsində bildirib.

Qeyts hesab edir ki, yeni təhlükələrə qarşı mübarizə aparmaq üçün epidemioloji tədqiqatlara və yoluxucu xəstəliklərə qarşı mübarizə mexanizminin işlənib hazırlanmasına milyardlarla dollar xərclənməlidir. O, ÜST-ü epidemioloji vəziyyətə nəzarət etmək üçün xüsusi işçi qrupu yaratmağa çağırıb. 

 


Qeytsin sözlərinə görə, bu struktur həm də bioterrorçuların mümkün hücumlarına hazırlaşa, onların nəticələrinin aradan qaldırılması üçün ssenarilər hazırlaya bilər.



Qeyts terror hücumu təhlükəsinin qarşısının alınmasının vacibliyini belə izah edib: "Bioterrorçular 10 hava limanına çiçək xəstəliyini gətirsələr necə olacaq? Dünya buna necə reaksiya verəcək? Bioterrorizm indiki epidemiyalardan daha təhlükəlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin