Moldovada yeni seçilmiş Prezidentin çağırışı ilə hökümət əleyhinə mitinq keçirilir

Hazırda oxunan: Moldovada yeni seçilmiş Prezidentin çağırışı ilə hökümət əleyhinə mitinq keçirilir

4458

Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandunun tərəfdarları bazar günü Kişinyovun mərkəzində hökumət əleyhinə etiraz aksiyasına çıxıblar.

Bizim.Media ria.ru-ya istinadən xəbər verir ki, onların məqsədi Nazirlər Kabinetinin istefasına nail olmaq və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməkdir.

Bundan əvvəl Sandu Moldova sakinlərinə müraciət edərək onları hökumət əleyhinə etiraz aksiyasına çıxmağa çağırmışdı. Onun fikrincə, Nazirlər Kabineti sanitar və iqtisadi böhranın öhdəsindən gələ bilmir. Əksər müxalifət partiyalarının liderləri də etirazda iştirak etməyə hazır olduqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin