Nyu-Yorkun yeni merini Azərbaycanla nə bağlayır? - FOTO

Hazırda oxunan: Nyu-Yorkun yeni merini Azərbaycanla nə bağlayır? - FOTO

44440

Demokratlar Partiyasının namizədi, polis idarəsinin keçmiş kapitanı Erik Adams Nyu-York meri seçkilərində qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Gazeta.ru” saytı yayıb.

Qeyd edək ki, Adams şəhərin ikinci qaradərili meri olacaq. Namizədin kampaniyasının əsas şüarı ictimai təhlükəsizliyi artırmaq, Nyu-York polisinin büdcəsini azaltmaq və bəzi iş yerlərini mülki şəxslərə ötürmək olub.

“İndi rəsmi olaraq - kampaniyamız uğurla keçdi: biz Nyu-York meri seçkilərində qalib gəldik! Bu mənim arzumdur və şəhəri sizin seçdiyiniz mer kimi təmsil etməkdən çox qürur duyuram”, - Adams öz Twitter səhifəsində yazıb.
 

Onun Respublikaçılar Partiyasından əsas rəqibi küçə təhlükəsizliyinə nəzarət edən "Qoruyucu mələklər" təşkilatının qurucusu və radioaparıcı Kurtis Sliva olub.


Xatırladaq ki, Adams Nyu-Yorkda yaşayan Azərbaycan icması ilə sıx əməkdaşlıq edir və həmvətənlərimiz seçki kompaniyasında onun güclü dəstəkçiləri olub. Demokrat namizəd bir neçə dəfə Azərbaycanda səfərdə olub. E.Adams 2014-cü ildə Bakı şəhərinin Səbail rayonu ilə Nyu-Yorkun Bruklin inzibati rayonu arasında dostluq protokolunu imzalayıb, bununla da Səbail və Bruklin "qardaşlaşmış şəhərlər" statusunu alıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin