“Heç vaxt öz namizədliyimi irəli sürməyəcəm”

Hazırda oxunan: “Heç vaxt öz namizədliyimi irəli sürməyəcəm”

44369
“Mən bundan sonra heç vaxt prezident seçkilərində öz namizədliyimi irəli sürməyəcəm”. 
Moderator.az Ermənistanın “Tert.am” saytına istinadən bunu xəbər verir. Məlumata görə, Serj Sarkisyan  ötən gün prezident yanında Konstitusiya İslahatları Kommisiyasının üzvləri ilə görüşü zamanı bildirib ki, bundan sonra heç vaxt Ermənistanın Prezidentliyinə namizədliyini irəli sürməyəcək və hətta baş nazir postuna da iddia etməyəcək: “Biz qərarın hər kəsin istək və arzusundan, eləcə də siyasi qüvvələrdən önəmli olduğunu təsdiq etməliyik. Çünki bundan gələcəyimiz asılıdır. İnsanların və siyasi qüvvələrin istəkləri ani maraqdır, konstitusiya isə bizdən sonrakı nəsillərə qalacaq. Bunun bu cür qəbul olunması üçün mən öz tərəfimdən ilk addımı atmaq istəyirəm. Bu gün sizin qarşınızda bu məsələnin müzakirəyə başlanmasını bəyan edərkən, rəsmən bildirmək istəyirəm ki, bundan sonra heç vaxt mən prezidentliyə namizədliyimi verməyəcəm. Əgər danışaqların son mərhələsində mənim arzu etmədiyim kimi parlamentli redspublika modeli qəbul olunarsa, mən baş nazir postuna da iddia etməyəcəm. Hesab edirəm ki, bir insan iki dəfədən artıq prezidentliyə iddialı olmamalı və dövləti iki dəfədən artıq idarə etməyi öhdəsinə götürməməlidir ”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin