Bu şəhərdə yol və avtomobil olmayacaq – ƏRƏBİSTANDA TİKİLİR - FOTO

Hazırda oxunan: Bu şəhərdə yol və avtomobil olmayacaq – ƏRƏBİSTANDA TİKİLİR - FOTO

44213

Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilindən əyalətin paytaxtı Tabuka qədər 170 km uzunluğunda düz xətt üzrə yeni “The Line” şəhərinin tikintisinə başlayıb. 

Bizim.Media “forbes.ru” saytına istinadən xəbər verir ki, metropolda yollar və avtomobillər olmayacaq, bütün nəqliyyatlar yeraltı və sürətli olacaq. 
 

“The Line”in tikintisinin bir hissəsi olan Neom layihəsinin rəhbəri Nədmi əl-Nəsr “Bloomberg”ə müsahibəsində bildirib ki, futuristik meqapolis ilk sakinlərini və turistləri 2024-cü ildə qəbul edəcək.


O, qeyd edib ki, hazırda layihə ilkin mərhələdədir və şəhərin planlaşdırılması və tikintisi üçün lazım olan bütün işlərin 1%-i belə tamamlanmayıb. 

Nədmi əl-Nəsrin sözlərinə görə, yeraltı nəqliyyat infrastrukturunun çəkilməsi üçün qum və dağlar təmizlənəcək. 

Neom rəhbəri əlavə edib ki, 170 kilometrlik metropolun bir nöqtədən deyil, eyni zamanda hər iki ucundan tikiləcəyi planlaşdırılır. O vurğulayıb ki, artıq obyektdə 1500-dən çox inşaatçı işləyir və yaşayır. 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman 2021-ci ilin əvvəlində gələcəyin şəhərinin dizaynını təqdim edib. 

Onun sözlərinə görə, metropolun tikintisinə 500 milyard dollar xərclənəcək. Şəhərdə nə yollar, nə də avtomobillər olacaq: bütün nəqliyyatlar yeraltı və sürətli olacaq. İnkişaf etmiş nəqliyyat sistemi sayəsində şəhəri başdan-başa 20 dəqiqəyə keçmək mümkündür. Şəhər enerjini yalnız bərpa olunan mənbələrdən alacaq.

“Bloomberg”in məlumatına görə, Səudiyyə şahzadəsi Qırmızı dənizin şimal-qərb sahilindəki bölgəni texnologiya mərkəzinə çevirmək niyyətindədir.
 

Agentlik yazır ki, layihə ekspertlər və müşahidəçilərin tənqidi ilə üzləşib, onların bir çoxu azad iqtisadi zonaların yaradılması üzrə keçmiş uğursuz cəhdləri əsas gətirərək, onun həyata keçirilməsinin mümkünlüyünə şübhə edir. 


“Bloomberg” qeyd edir ki, yerli əhalinin ərazidən köçürülməsi ictimai narazılığa səbəb olub.

Nəticədə bir çox insan zorakılıqla və həbslərlə üz-üzə qalıb. Bundan əlavə, səudiyyəli jurnalist Camal Xaşogginin öldürülməsindən sonra “Neom”dan bir neçə iştirakçı, o cümlədən britaniyalı memar Norman Foster geri çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin