Rusiya ilə ABŞ arasında zahirən tam yadlaşmaya baxmayaraq, tərəflər ümumi dil axtarıb və artıq müxtəlif səviyyələrdə bir sıra gizli görüşlər keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “New York Times” (NYT) nəşri yayıb.
Mənbə yazır ki, Bayden administrasiyası, görünür, Kremllə münasibətlərə daha ayıq yanaşmaq qərarına gəlib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ imperiyası Əfqanıstanda çökdü” - “The Telegraph”dan ŞOK DETALLAR
Bu ilin iyununda Bayden və Putinin Cenevrədə şəxsən görüşündən sonra Amerika administrasiyasının nümayəndələri üç dəfə Moskvaya uçub, bir sıra digər görüşlər isə neytral ərazidə - Finlandiya və İsveçrədə keçirilib. Xüsusilə, NYT-nin məlumatına görə, tərəflər silahlara nəzarət və kibertəhlükəsizlik məsələlərini fəal şəkildə müzakirə edirlər.
Nəşr misal gətirir ki, bir neçə həftə əvvəl Amerika tərəfi ABŞ-dakı obyektlərə kiberhücumlarda iştirak edən rus hakerlərinin adlarını Rusiyaya verib.
Onların kimliyi Amerika kəşfiyyatı tərəfindən müəyyən edilib və indi Vaşinqton Vladimir Putinin bu sınaqdan keçməsini gözləyir. Axı onun özü Baydenlə görüşdə kiber fidyə proqramlarına qarşı mübarizəyə hər cür töhfə verəcəyini söyləyib.
ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, onlar Putinin fikirləri və niyyətləri barədə çox aydın təsəvvürə malikdirlər, lakin Vaşinqton hələ də hesab edir ki, dialoq cəhdləri yalnız ölkələr arasında gərginliyin nəzarətdən kənara çıxmaması üçün edilir.
Bizim.Media