2022-ci ildən başlayaraq ABŞ-da bütün müraciət edənlər “X” möhürü olan üçüncü cins pasportu ala biləcəklər.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da ilk dəfə 3-cü cinsdən olan şəxsə pasport verildi – FOTOFAKT
“Dövlət Departamenti “X°möhürü olan ilk pasportu artıq verib. Səbirsizliklə bunun hamıya əlçatan olmasını gözləyirik. Tələb olunan sistemi dolduran və 2022-ci ilin əvvəlində formanı yeniləyən kimi onu pasport üçün müraciət edən hər kəsə təqdim etməyi planlaşdırırıq”, - deyə Prays bildirib.
Qeyd edək ki, indiyədək ABŞ vətəndaşları doğum haqqında şəhadətnamədə cinsindən başqa cins göstərmək üçün həkimdən arayış tələb edirdilər.
Bizim.Media