BMT-nin 26-cı İqlim Konfransı işə başladı

Hazırda oxunan: BMT-nin 26-cı İqlim Konfransı işə başladı

44058

Şotlandiyanın ən böyük şəhəri olan Qlazqoda dünyanın 100-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransı öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbiri konfransın sədri və Böyük Britaniya Nazirlər Kabinetinin üzvü Alok Şarma və konvensiyanın icraçı katibi, Meksikanın keçmiş xarici işlər naziri Patrisiya Espinosa açıblar.

Mərasimdə BMT-nin əvvəlki 25-ci İqlim Konfransının təşkilat komitəsinin rəhbəri Karolin Şmidt, BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhid, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin rəhbəri Hyoson Li də iştirak edir.

Konfransın əsas işi sabah dünya liderlərinin iki gün davam edəcək sammiti ilə başlayacaq.

Qeyd edək ki, tədbirdə təhlükəsizliyi 10 min polis əməkdaşı qoruyur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin