Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçiriləcək

Hazırda oxunan: Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçiriləcək

44048
8 aprel 2014-cü il tarixdə Ukraynanın Vinniça şəhərində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) 2-ci Qurultayı keçiriləcək. 
 Bu barədə Moderator.az-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İctimai əlaələr üzrə katibi Yuliya Mamay məlumat verib. Y.Mamay qeyd edib ki, UQTMŞ-nın 2-ci Qurultayında Ukraynadakı ictimai-siyasi vəziyyət, Krımın Rusiya tərəfindən işğalı və 25 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər müzakirə ediləcək.
 Həmçinin yeni tərkibdə UQTMŞ Rəyasət Heyəti və UQTMŞ Sədri seçiləcək. Qurultayda Ukraynanın Qarapapaq türklərinin Doneçk, Xarkov. Dneprepetrovsk, Luqansk, Sumı, Kiyev və Lvov regionlarından seçilmiş nümayəndələri iştirak edəcək. 
Qeyd edək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) 17 iyun 2012-ci ildə Ukrayna Qarapapaq Türklərinin Kiyevdə keçirilən Ümumukrayna Məclisində təsis edilib. UQTMŞ-nın 1-ci Qurultayı 5 sentyabr 2013-cü ildə Ukraynanın Çerniqov şəhərində keçirilib. 2012-ci ildən Ukrayna Qarapapaq Türkləri Milli Şurasına Daşqın Gülməmmədov rəhbərlik edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin