Azərbaycanlı proqramçılar Nyu Yorkun mərkəzində reklam olundular - FOTO

Hazırda oxunan: Azərbaycanlı proqramçılar Nyu Yorkun mərkəzində reklam olundular - FOTO

44008

Qlobal səviyyəli startap layihəsi olan “Eleven Kings” futbol oyunu ABŞ-da reklam edilir.

Bizim.Media xəbər verir ki, bu barədə oyunun yaradıcılarından olan Orxan Rzayev sosial media hesabında məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ronaldinyo ilə müqavilə imzalayan azərbaycanlı – Məşhur futbolçuya nə qədər PUL ÖDƏYİB? – MÜSAHİBƏ 


“Dünyanın ən məşhur reklam yerlərindən biri olan Nyu Yorkun Tayms meydanında (Times Square) “Eleven Kings” komandasını görmək heyrətamizdir!”, - deyə O.Rzayev vurğulayıb.

Qeyd edək ki, O.Rzayev artıq 12 ildir startap sferasında çalışır. İndiyə qədər müxtəlif layihələr üzərində işləyib. Bunlara onlayn alış-veriş, marketinq platformaları və.s. daxildir. 

O, 2017-ci ildə Elşad Pirimov, Nicat Zamanov, Sərxan Rzazadə ilə birlikdə “Eleven Kings” futbol oyununu yaradıb. 

Oyun ilk dəfə 2019-cu il ilin sentyabr ayında “Google Play Store” da istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin