İranda hər il 5 min nəfər hava çirklənməsi nəticəsində ölür.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Verya Məhəmmədian bildirib.
"İranda il ərzində yol qəzalarında ölənlərin sayı 500 nəfər, hava çirklənməsi nəticəsində ölənlərin sayı isə 5000 nəfərdir", deyə V.Məhəmmədi vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə İranda təhlükəli ölçüdə müşahidə edilən hava çirkliliyilə bağlı paytaxt Tehran, Kərəc, Arak, Təbriz, Qum, Urmiya və İsfahan kimi böyük şəhərlərdə təhsilə fasilə vermişdi.
Son günlər 150 mikroqram kubmetri keçən hava kirliliyilə bağlı Tehranın simvollarından olan Milad qülləsi belə görünmür.
Bizim.Media