Türkiyənin şəhid baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın əvvəlcə şərti azadlığa buraxılmasını və indi isə üçüncü ölkəyə verilməsini terrorizmə güzəşt etmək kimi dəhşətli xəta olaraq görür və bu addımı qınadığımızı bir daha bəyan edirik.
Bizim.Media xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçin açıqlamasında yer alıb.
Nazirliyin sözçüsü mövzu ilə bağlı sualları cavablandıraraq bildirib ki, bu qərarın terrorizmlə mübarizəyə deyil, terrorizmdən siyasi vasitə məqsədilə istifadə edən dairələrin gündəliyinə xidmət edəcəyi aşkardır. Bir daha Kamal Arıkanı və erməni terror təşkilatlarının hücumlarında həyatını itirən bütün şəhidlərimizin xatirəsini hörmət və ehtiramla anırıq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:58 / 30.10.2021
Türkiyədən ASALA terrorçusinin azad edilməsinə SƏRT REAKSİYA
Hazırda oxunan: Türkiyədən ASALA terrorçusinin azad edilməsinə SƏRT REAKSİYA
Hazırda oxunan: Türkiyədən ASALA terrorçusinin azad edilməsinə SƏRT REAKSİYA
43977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.