Türkiyənin Kaliforniyadakı konsulunu öldürən ASALA terrorçusu Ambik Sasunyan Ermənistandadır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Daşnaksütyun” partiyasının mətbuat xidməti yayıb.
Sasunyanın mesajı partiyanın “Facebook” səhifəsində də dərc edilib və o, artıq Ermənistana gəldiyini bildirib.
Terrorçu qeyd edib ki, həbsdə olduğu illər ərzində həmyerlilərinin dəstəyini hiss edib və bu, çətin anlarında ona kömək olub:
“Qırx ildən sonra mənə doğma torpağa səfər etmək, doğma suyundan içmək, onun havasını udmaq, ailənin hərarətini hiss etmək şərəfi nəsib olub”.
Bir neçə il Amerika məhkəməsi Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı qərar verə bilmirdi. 2016-cı ildə azad etmək qərarı o vaxtkı Kaliforniya qubernatoru Cerri Braun tərəfindən rədd edilib. O, ABŞ dövlət katibi Reks Tillersonun özünün və baş prokuror Ceff Seşşonun məktublarına istinad edib.
2019-cu ilin dekabrında Əsirlərin Azadlıq Şurası Sasunyanı azad etmək qərarına gəlib, lakin əyalət qubernatoru Gavin Nyusom bu qərarı rədd edib.
24 fevral 2021-ci ildə Los Angeles şəhərinin Ali Məhkəməsi qubernator Neyusomun qərarını ləğv edib. Sonuncu məhkəmənin qərarından daha apellyasiya şikayəti verməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə 1984-cü ildə o, ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsindən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı verib, lakin bu vəsatətlər rədd edilib. O, 18 aydan sonra yeni petisiya hüququ əldə edib.
Bizim.Media