Ukraynanın müdafiə nazirindən Türkiyə ilə bağlı VACİB AÇIQLAMA

Hazırda oxunan: Ukraynanın müdafiə nazirindən Türkiyə ilə bağlı VACİB AÇIQLAMA

43906

Ukraynanın müdafiə gücünün artırılmasında Türkiyənin böyük xidməti var.

Bizim.Media xəbər verir ki, bu fikri Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü ilə bağlı Kiyevdə keçirilən rəsmi qəbulda çıxışı zamanı Ukraynanın müdafiə naziri general-leytenant Andrey Taran söyləyib.

Nazir bildirib ki, Türkiyə Ukraynanın ən çətin zamanlarında həmişə yanında olub.
 

“Ukraynanın müdafiə gücünün artırılmasında, milli və regional əməkdaşlıqda Türkiyə strateji tərəfdaşıdır”, - deyə Andrey Taran əlavə edib.


Nazir vurğulayıb ki, Ukrayna Müdafiə Nazirliyi Türkiyə şirkətləri ilə mühüm müqavilələr imzalayıb və bu istiqamətdə işlərini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin