Napoleonun anasının türklərə satdığı almaz - Dünyanın ən bahalısı 

Hazırda oxunan: Napoleonun anasının türklərə satdığı almaz - Dünyanın ən bahalısı 

4386

Almazlar hər zaman göz qamaşdırır və dəyərli qiymətlərə sahibdirlər. 

Bizim.Media dünyanın ən dəyərli beş almazını sizə təqdim edir. 

Qaşıqçı almazı 86 karat çəkiyə malik və ətrafdan iki sıra 49 ədəd brilyantla bəzədilmiş dünyanın ən məşhur 22 almazından biridir. Hazırda Topqapı sarayı muzeyində sərgilənir. Topqapı muzeyindəki bu almaza niyə "Qaşıqçı almazı" deyildiyi haqda bir neçə rəvayət vardır.

Bunlardan ən ağla batanı brilyantın quruluşunun oval olması və qaşığa bənzəməsidir. 
Almazın Osmanlı Sarayına necə gəlməsini bir neçə rəvayətlə bağlayırlar. Əfsanəyə görə 1774-cü ildə Pijo adlı bir fransız hərbçisi, bu almazı Hindistanda pulla alaraq Fransaya aparmışdır. Burada satışa çıxarılan almazı Napoleon Bonapartın anası alır və uzun illər paltarının sinəsində gəzdirir. Lakin Napoleon sürgünə göndərildiyi zaman oğlunu xilas edə bilmək üçün almazı məcbur satır.

Həmin vaxt Fransada olan Təpədələnli Əli Paşanın adamlarından biri paşanın adından 150 min qızıl pula almazı alır və paşaya gətirir. Sultan II Mahmudun dövründə Təpədələnli Əli Paşa dövlətə qarşı çıxdığı üçün öldürülür və paşanın bütün əmlakı müsadirə olunaraq Osmanlı xəzinəsinə göndərilir. Beləliklə, Napoleonun anasından alınan "Qaşıqçı almazı" Türkiyədə qalır.

Çəhrayı almazlar dünyanın ən nadir almazlarındadır. Ən bahalı çəhrayı almaz nümunələrindən biri olan “Graff Pink” almazı 24,78 karat ağırlığındadır. Bu almaz 2010 - cu ildə auiksionda 46 milyon dollara satılıb. Almazın hazırkı sahibi  Laurence Graffdır.

“Koo - I - Noor” adlandırılan almaz İngiltərə kraliyyət tacının bəzəyir. 105 karatlıq almazın adının mənası işıq dağı deməkdir. Bu almazın əvvəllər Hindistana aid olduğu və almazı İngiltərənin oğurladığı deyilir. 

Ümid almazı rənginə görə həmçinin mavi almazda adlandırılır. Bu almazı 1642 – ci ildə Cen Taverniyer adlı səyyah Avropaya gətirmişdir. Ümid almazıda Hindistanda buddanın gözündən oğurlanaraq alınmışdır. Bu almazın bütün sahiblərinin başına bədbəxt hadisə gəldiyi üçün lənətli olduğu deyilir. 

Qırmızı almazlar dünyada ən nadir və ən çox axtarılan almazlardır. Almaza  üçbucağ şəkildə kəsilib və 5.11 karatdır.  İsrailli zərgər Musayifin adı ilə adlandırılan almaz 20 milyon dollar dəyərindədir.

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin