Krımda bütün hərbi hissələrdə Rusiya bayraqları qaldırılıb

Hazırda oxunan: Krımda bütün hərbi hissələrdə Rusiya bayraqları qaldırılıb

43582
Krımda yerləşən bütün hərbi hissələrdə Rusiya bayraqları qaldırılıb.
 
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov deyib.
 
Onun sözlərinə görə, Ukrayna ordusunda xidmət etmək istəyini açıqlayan bütün hərbçilər silahları təhvil veriblər. İndi onlar Krımı tərk etməyə hazırlaşırlar.
 
V.Gerasimov bildirib ki, Sevastopoldakı müvəqqəti qeydiyyat məntəqəsində artıq 1500 ukraynalı hərbçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, Ukrayna ordusunun hərbçiləri və onların ailəüzvləri Krımdan dəmir yolu xətti ilə yola salınacaq. 
 
Krımda yerləşən 193 hərbi hissə ilə yanaşı Rusiya bayraqları Ukrayna Hərbi Dəniz Qüvvələrinin 51 gəmisində də qaldırılıb.
 
Hazırda Ukrayna tərəfi cəmi 10 gəmiyə nəzarət edə bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin