Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə hazırdır

Hazırda oxunan: Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə hazırdır

43573
Avropa Birliyi ölkələri ümid etmək istərdi ki, Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə ehtiyac olmayacaq.
Lakin əgər lazımdırsa, onlar Avropadakı sabitliyi qorumağa hazırdır. Biz oxşar ssenarilərin Avopanın digər bölgələrində təkrar olunmasını istəməzdik.  
 Moderator.az-ın APA-ya istinadən  məlumatına görə, bunu “Bloomberg”ə müsahibəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib.
 “Bizim mövqeyimiz aydındır: Avropa Birliyi Ukraynanı dəstəkləyir və Rusiyaya xəbərdarlıq edir ki, əgər o, özünü belə aparmaqda davam etsə, bu ona baha başa gələcək”, - deyə o vurğulayıb.
 
Bununla belə Barrozu Rusiyaya qarşı sanksiyaların üçüncü mərləhəsinə hansı amilin əsas ola biləcəyini deməyib. O qeyd edib ki, G8-in Soçi sammitinin təxirə salınması Rusiyaya çox ciddi siqnaldır.
 
“Ukrayna kimi Avropa ölkəsinin müstəqilliyinə hörmət edilməlidir”, - deyə Barrozu vurğulayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin