Ərdəbildən olan məşhur azərbaycanlı futbolçu Əli Dayi yeni çıxışında İran hökumətinin beynəlxalq turnirlərdə çempion olan idmançılara dəyər verməməsi və ölkədəki acınacaqlı iqtisadi vəziyyəti kəskin tənqid edib.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, o, hökumətin dünya miqyaslı yarışlarda çempion olan idmançılara verdiyi mükafatın çox aşağı olduğunu və onların heç bir işinə yaramadığını deyib.
Əli Dayinin sözlərinə görə, bna görə İranın güclü idmançıları başqa ölkələrə üz tutmağa və onların bayrağı altında yarışmağa can atırlar.
Ölkədəki ağır iqtisadi vəziyyəti və idmançıların durumunu kəskin tənqid edən Dayi buna görə məsul şəxslərin yerinə xəcalət çəkdiyini deyib.
Qeyd edək ki, İran hökuməti milli sərvətlərdən əldə edilən gəlirləri öz xalqına xərcləmək yerinə, onu Yaxın Şərqdə yaratdığı terror qruplaşmalara xərcləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:35 / 27.10.2021
İranda yaşayan azərbaycanlı futbolçu: “Dövlət rəsmilərinin yerinə xəcalət çəkirəm" - VİDEO
Hazırda oxunan: İranda yaşayan azərbaycanlı futbolçu: “Dövlət rəsmilərinin yerinə xəcalət çəkirəm" - VİDEO
Hazırda oxunan: İranda yaşayan azərbaycanlı futbolçu: “Dövlət rəsmilərinin yerinə xəcalət çəkirəm" - VİDEO
43452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.