“Google” məhkəməyə verildi – Nədə ittiham olunur?

Hazırda oxunan: “Google” məhkəməyə verildi – Nədə ittiham olunur?

0:00
0:00
43145

“Google” şirkəti onlayn reklam bazarında haqsız rəqabətdə ittiham olunur. 

Bizim.Media xəbər verir ki, ABŞ-ın bir neçə ştatının baş prokurorları şirkəti yürütdüyü strategiyanın və bazardakı mövqelərinin nəticəsində reklam sifarişlərinin 80 faizini götürdüyü iddiası ilə məhkəməyə veriblər. 

2018-ci ildə ölkədəki onlayn reklam bazarının 75 faizi “Google”nin payına düşürdü. 

İddia ərizəsində “Bell”, “Elmo”, “Poirot” kod adlı proqramlar sayəsində şirkətin satışlarını 1 milyard dollardan çox artırdığı bildirilir.  
 

Həmçinin “Google”nin komisiya haqlarının rəqiblərinkindən 2-4 dəfə çox olduğu, reklam nümayişi ilə bağlı başqa saytların imkanlarını məhdudlaşdırdığı da irəli sürülür. 


“Google” şirkətindən isə iddianın qeyri-səlis məlumata əsaslandığını, komisiya haqlarının isə sahə üzrə orta rəqəmdən aşağı olduğu bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin