Kürdüstanın baş naziri türkiyəli həmkarının dəvətilə İstanbula gəlir

Hazırda oxunan: Kürdüstanın baş naziri türkiyəli həmkarının dəvətilə İstanbula gəlir

43134
Moderator.az xəbər verir ki, Diplomata-kurd.com  saytının verdiyi məlumata əsasən, Kürdüstan bölgəsinin baş naziri Neçirvan Barzani Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həftənin şənbə günü Van şəhərinə rəsmi səfərə dəvət olunub.
Hökumət nümayəndələri ilə gözlənilən rəsmi görüş həftənin birinci günü baş tutacaq. Kürdüstan bölgəsinin baş naziri Neçirvan Barzani Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İstanbulda və xarici işlər naziri  Əhməd Davudoğlu  ilə də Vanda rəsmi görüşlər keçərəcəklər.
Kürdüstan tərəfdən Kürdüstan bölgəsinin baş naziri Neçirvan Barzani ilə Duhok, Hevler-Ərbil və Süleymaniyyə şəhərlərinin icra başçıları da iştirak edəcəklər. Görüşdən sonra mediya mənsubları qarşısında mətbuat konfransı keçirilməsi də nəzərdə tutulub.

Tahir Aliev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin