Rusiyanın şimal paytaxtı olan Sankt-Peterburq şəhərinin Frunzensk rayonunda silahlı Azərbaycan vətəndaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı 78.ru saytı yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, oktyabrın 24-də Yaroslav küçəsindəki 9 saylı evdə yaşayan Azərbaycan Respublikasının 30 yaşlı vətəndaşının sənədləri yoxlanıb.
Həmin vaxt o, qaçmağa çalışsa da, saxlanılıb. Həbs zamanı kurtkasının cibindən tapançaya bənzəyən bir şeyi yerə atıb.
Ekspertiza bunun atış üçün yararlı hesab edilən Makarov tapançasının ixrac versiyası olduğunu müəyyən edib.
Eyni zamanda, tapança 1994 -cü ildə Udmurtiya ərazisində oğurlandığı üçün axtarış siyahısında olub. Saxlanılan miqrant barəsində cinayət işi başlanıb. Məlum olub ki, o, əvvəllər də məhkum olunub.
Bizim.Media