ÜST rəhbəri bəşəriyyətin koronavirusa nə vaxt qalib gələcəyini AÇIQLADI

Hazırda oxunan: ÜST rəhbəri bəşəriyyətin koronavirusa nə vaxt qalib gələcəyini AÇIQLADI

43065

“Dünyada koronavirus pandemiyasına qalib gəlmək üçün bütün lazımi vasitələr, o cümlədən tibbi vasitələr var, lakin bu imkanlardan düzgün istifadə olunmur”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus səsləndirib.

Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxış edən ÜST rəhbəri bildirib ki, ona tez-tez pandemiyanın nə vaxt bitəcəyi sualı verilir. 

"Mənim cavabım: pandemiya dünya onu bitirmək qərarına gələndə sona çatacaq. Bu, bizim əlimizdədir" deyə Qebreyesus bildirib.

O, ÜST-ün elan etdiyi hədəfi xatırladıb:
 

“2021-ci ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 40%-ni koronavirusa qarşı peyvənd etmək lazımdır. Bu məqsədə yalnız vaksinlərin tədarükünə nəzarət edən ölkələrin və şirkətlərin bəyanatları onların hərəkətləri ilə uyğun gələrsə, çatmaq olar".


Qeyd edək ki, ÜST-ün məlumatına görə, oktyabrın 22-nə dünyada 242 348 657 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 927 732 nəfər ölüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin