ABŞ Con Kennedinin öldürülməsi ilə bağlı yeni məlumatları açıqlayacaq

Hazırda oxunan: ABŞ Con Kennedinin öldürülməsi ilə bağlı yeni məlumatları açıqlayacaq

43038

Prezident Co Bayden Con Kennedinin qətli ilə bağlı yeni məlumatların dərc edilməsi prosedurunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin mətbuat xidməti yayıb.
 

Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə elan edib ki, Kennedinin qətli ilə bağlı bütün məlumatlar kəşfiyyata, müdafiəyə, hüquq-mühafizə orqanlarına və ya ABŞ-ın xarici siyasətinə zərər vermədiyi halda, tədricən ictimaiyyətə açıqlanmalıdır.


Məlumatların bir qismi dekabrın 15-də açıqlanacaq, bu nəşr rəsmi orqanlardan heç bir etiraz doğurmayıb.

Qalanları daha bir il məxfi qalacaq. Müvafiq tövsiyələr əvvəllər ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinin rəhbərliyi tərəfindən təqdim edilib.

ABŞ prezident administrasiyasının mətbuat xidməti açıqlamasında bildirib ki, departamentlər 2022-ci il dekabrın 15-dən sonra Kennedinin qətli ilə bağlı məlumatların dərcindən imtinanın lehinə çıxış edə bilərlər.
 

ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi sənədlərin rəqəmsal bazada yerləşdirilməsi üçün plan hazırlayacaq.


Qeyd edək ki. Con F. Kennedi 22 noyabr 1963-cü ildə öldürülüb. Li Harvey Osvald təqsirləndirilən şəxs olub, lakin rəsmi versiya hələ də tənqid olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin