Bu dəfə Ukrayna ultimatum verdi

Hazırda oxunan: Bu dəfə Ukrayna ultimatum verdi

43007

Ukrayna Krım Muxtar Respublikasına ultimatum verib. Ukrayna parlamentinin deputatları Krım Ali Şurasının mart ayının 16-da keçirilməsi planlaşdırılan referendumla bağlı qəbul etdiyi qərarın Ukrayna konstitusiyasına zidd olduğunu bildiriblər. 


ANS PRESS-in məlumatına görə, parlamentdə sözügedən məsələ səsverməyə çıxarılıb. 324 deputatdan 255-i Krım Ali Şurasına ultimatum göndərilməsi ilə bağlı bəyənatın lehinə səs verib.

Qəbul edilən bəyanatda bildirilir ki, Krımda yaşayan əhali referendumda iştirak etməməlidir. 

Qeyd edək ki, Krım Muxtar Respublikasınada martın 16-da keçiriləcək referendumda müsbət nəticələr əldə edilsə, bölgə tamamilə Rusiyaya birləşəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin