Ərdoğan 10 ölkənin səfirini Türkiyədən qovdu – “Millətimizə yan baxanlarla...”

Hazırda oxunan: Ərdoğan 10 ölkənin səfirini Türkiyədən qovdu – “Millətimizə yan baxanlarla...”

42923

Türkiyə 10 ölkənin səfərini "persona non grata" elan edəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə tapşırıq verib.

“Bura Türkiyədir, zənn etdiyiniz qəbilə dövləti deyil. Lazım olan təlimatı xarici işlər nazirimizə verdim. Millətimizə yan baxanla cüzi dostluğumuz belə ola bilməz”.

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri bir həftə öncə ortaq bəyanat imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin