Rusiyada artıq 5 –ci gündür ki, koronavirusdan maksimum ölüm qeydə alınıb.
Bizim.Media xəbər verir ki, ölkədə son sutka ərzində 1075 ölüm qeydə alınıb.
Ümumilikdə, Rusiyada pandemiyanın başladığı gündən indiyədək 229 528 nəfər koronavirus səbəbilə həyatını itirib.
Operativ qərargahın məlumatlarına əsasən, şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,8 % səviyyəsində qalıb.
Son sutkada Moskvada 82, Sankt-Peterburqda 67, Krasnodar vilayəti və Nijni Novqorod vilayətində - hər birində 42, Başqırdıstanda 46, Rostov, Sverdlovsk bölgələrində və Stavropol vilayətində - hər birində 34 ölüm hadisəsi yaşanıb.
Rusiyada koronavirusa son sutkada 37 678 yoluxma qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 8 205 983-ə çatıb.
Bizim.Media