"Apple" brendi ardıcıl doqquzuncu dəfə dünyanın ən qiymətli brendi seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Interbrand Corp." şirkətinin araşdırmasında qeyd olunub.
Brendin qiyməti ötən il ərzində 26 faiz artaraq 408,25 milyard dolları ötüb.
İkinci yerdə 24 faiz (249,25 milyard dollara qədər) bahalaşan "Amazon" brendi, üçüncü yerdə isə 27 faiz bahalaşan "Microsoft" (210,2 milyard dollar) yer alıb.
Reytinqdə diqqətəçarpan yüksəlişi dəyəri 3 dəfə artan "Tesla" brendi nümayiş etdirib (184 faiz, 36,27 milyard dollara qədər). Şirkət 26-cı pillədən 14-ə yüksəlib.
Bizim.Media