ABŞ-ın Florida ştatından olan senator Anet Tadio (Annette Taddeo) Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar Bəyannamə imzalayıb.
Bizim.Media xəbər verir ki, senator sənədi Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib.
O, bəyannamədə 18 oktyabr tarixinin Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” kimi qeyd olunmasına qərar verdiyini açıqlayıb.
Floridada fəaliyyət göstərən Azərbaycan icmasının aktiv fəaliyyətindən məmnunluğunu dilə gətirən senator 2006-cı il oktyabrın 26-da yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb.
A.Tadio ABŞ-da yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını və Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini bildirib.
Bizim.Media