Fransadan Hadrutun keçmiş separatçı rəhbərliyi ilə bağlı QƏRAR

Hazırda oxunan: Fransadan Hadrutun keçmiş separatçı rəhbərliyi ilə bağlı QƏRAR

42817

Fransanın İzer departamantinin Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv edilib.

Bizim.Media xəbər verir ki, Qrenobl şəhər məhkəməsi 2019-cu il sentyabrın 20-də separatçı rejimin həmin departamentə səfəri zamanı imzalanmış qondarma "İzer departamenti ilə Hadrut rayonu arasında dostluq xartiyası"nı ləğv edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistanla Haaqa məhkəməsində görüşəcək – RƏSMİ SƏNƏD yayıldı - FOTO


Azərbaycan tərəfinin bu aktın qanunsuzluğu barədə iddiaları iki dəfə, 2020-ci ilin fevralında və noyabrında qaldırılıb.

Qeyd edək ki, bu, Fransa məhkəmələri tərəfindən ləğv edilmiş 11-ci qanunsuz sənəddir. Daha 2 iddiaya məhkəmələrdə baxılır. Əvvəllər işğal olunmuş Qarabağın separatçı rejiminə dəstək olaraq qəbul edilmiş sənəd və qərarların ləğvi ilə bağlı işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin