Anti-korrupsiya idarəsi Dövlət Miqrasiya Xidmətinin məlumatını araşdırır

Hazırda oxunan: Anti-korrupsiya idarəsi Dövlət Miqrasiya Xidmətinin məlumatını araşdırır

42709

Baş Prokurorluqdan Moderator.az-a daxil olan məlumata görə, Bakı şəhər sakininin qanunazidd hərəkətlərinə dair Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə)  maddəsi ilə məhkum olunmuş Kamran İsayevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə Türkiyə Respublikasının vətəndaşından onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə almaq adı ilə 1.200 manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin