“Dünyada dəyişikliklər dövrüdür və bu dəyişikliklər getdikcə dərinləşir”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Valday” diskussiya klubunun plenar iclasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO
O qeyd edib ki, böhran dövründə imkanları əldən verməmək olmaz:
“Son on ildə tez-tez çinlilərin bir məsəlini çəkirlər: “dəyişikliklər dövründə yaşamağı Tanrı bizə nəsib etməsin”. Ancaq biz istəsək də, istəməsək də artıq həmin dövrdə yaşayırıq. Və bu dəyişikliklər də getdikcə dərinləşir. Böhran zamanı bəşəriyyət təhlükələrə sinə gərməlidir, ancaq bu dövrün imkanlarını da qaçırmaq olmaz”.
V.Putin koronavirusdan da danışıb. O qeyd edib ki, COVID-19 bəşəriyyətə Birinci Dünya müharibəsindən çox ziyan vurub.
“Koronavirus pandemiyası sübut etdi ki, dünya düzəninin struktur formalaşdıran vahidi yalnız dövlətdir”.
İkinci Dünya müharibəsinin başlamasından danışan Rusiya Prezidenti bildirib ki, hər şeyə görə Sovet İttifaqını günahlandırmaq yanlışdır. O, tarixi siyasiləşdirməməyə və sənədləri oxumamağa çağırıb.
“Berlini faşistlərdən kim təmizlədi? İngilislər, fransızlar, yoxsa amerikalılar? Qırmızı Ordunu unutmusunuz?”, - deyə V.Putin əlavə edib.
Bizim.Media