Tehrana daha bir ŞOK: Bu ölkə İran yüklərinə QADAĞA QOYDU

Hazırda oxunan: Tehrana daha bir ŞOK: Bu ölkə İran yüklərinə QADAĞA QOYDU

42593

Hindistan ən nəhəng liman operatorlarından “Adani Qrup” konqlomeratı İrandan yük qəbulundan imtina edib.

Bizim.Media xəbər verir ki, bu məlumatı “Əl Cəzirə” televiziyası yayıb.

Məlumata görə, konqlomerat bütün terminallarına, o cümlədən tərəfdaşlarına İrandan yük qəbulunu dayandırmağı tövsiyə edəcəyini bildirib.

Yüklərin qəbulu 15 noyabrdan etibarən tam dayandırılacaq. Qadağa Əfqanıstandan və Pakistandan gələn yüklərə də şamil ediləcək.

Şirkətin belə qərarına səbəb Hindistanın Mundra limanda 3 ton narkotikin ələ keçirilməsi olub. Eyni zamanda, sentyabrda limanda 6 iranlı 20 milyon dollarlıq heroinlə ələ keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin