Moskvada Ukrayna ilə müharibəyə qarşı mitinq keçirilib

Hazırda oxunan: Moskvada Ukrayna ilə müharibəyə qarşı mitinq keçirilib

42520
Bu gün Moskvada Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında Ukrayna ilə müharibə əleyhinə mitinq keçirilib.

Virtualaz.org Rusiya nəşrlərinə istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarını həbs etməyə başlayıb.

Xəbərə görə, ən azı 10 nəfər həbs olunub. OMON Müdafiə Nazirliyinə gedən yolu bağlayıb. Nazirliyin binası qarşısına yüzlərlə Rusiya vətəndaşı toplaşıb. 

Aksiya iştirakçıları “Müharibəyə yox deyirik!” şüarları səsləndiriblər. Onların çoxunun əlində Ukrayna bayraqları olub. 

OMON Ukrayna himnini oxuyan onlarla adamı həbs edib. Rusiya Müdafiə Nazirliyinin binasının mühafizəsi gücləndirilib. 

Polis bildirib ki, aksiya icazəsiz olduğu üçün onun keçirilməsinə yol verilməyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin