Türkiyənin daxili işlər naziri Tehrana getdi

Hazırda oxunan: Türkiyənin daxili işlər naziri Tehrana getdi

42491

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tehrana gedib və İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari tərəfindən qarşılanıb.

Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə İran İslam Respublikasına səfər edən Türkiyənin daxili işlər naziri Tehranda İran daxili işlər naziri Əhməd Vahidi ilə görüşəcək.

Görüşdə iki nazirlik arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq.

Tehran səfərində Süleyman Soylunu Türkiyənin Jandarma komandiri, polis rəisi və Türkiyə daxili işlər nazirinin müavini müşayiət edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin