Krıma yola düşən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bura çatar-çatmaz növbəti qalmaqallı açıqlama verib.
Çıxış edən Jirinovski bildirib ki, Krımın Ukraynaya heç bir aidiyyəti yoxdu, onu imperator İkinci Yekaterina alıb. Qeyd edək ki, Jirinovski Sevastopolda böyük coşqu ilə qarşılanıb. O bildirib ki, Rusiya həmişə onların yanında olacaq. Ukraynanın yeni hakimiyyətini məsxərəyə qoyan Jirinovski bildirib ki, onların Maydanı, Rusiyanın Maqadanı var. Dolayısı ilə o, işarə edib ki, maydançılar ağıllarını başlarına yığsın, əks halda, Maqdana katorqaya göndərəcəklər.


























































































