ABŞ-ın keçmiş prezidenti Bill Klinton bir neçə gün əvvəl infeksiya ilə xəstəxanaya yerləşdirildiyi xəstəxanadan bazar günü evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Associated Press” agentliyi yayıb.
Mənbə yazır ki, keçmiş prezident İrvin şəhərində, Kaliforniya Universitetinin Tibbi Mərkəzində müalicə alıb.
"İstiliyi və qanındakı lökositlərin sayı normallaşdı" deyə tibb mərkəzinin həkimləri bildiriblər. Həkimlərin sözlərinə görə, Klinton antibiotik müalicəsinə davam edəcəyi Nyu Yorka gedəcək.
Klinton oktyabrın 12-dən başlayaraq cəmi 5 gün xəstəxanada qalıb. Köməkçisi eks-prezidentin uroloji infeksiyaya görə xəstəxanaya yerləşdirildiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:19 / 17.10.2021
Bill Klinton xəstəxanadan evə buraxıldı
Hazırda oxunan: Bill Klinton xəstəxanadan evə buraxıldı
Hazırda oxunan: Bill Klinton xəstəxanadan evə buraxıldı
42007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.