İfrat sağçı jurnalist Fransanın yeni prezidenti ola bilər

Hazırda oxunan: İfrat sağçı jurnalist Fransanın yeni prezidenti ola bilər

41938

Fransanın “Canal +” nəşri sosioloji sorğunun nəticələrini dərc edib.

Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, ifrat sağçı fikirlərə malik jurnalist Erik Zemmur ifrat sağçıların lideri Marin Le Peni geridə qoyub.

Sorğu nəticəsində Zemmur respondentlərin 17-18, Le Pen isə 16 faiz səsini toplayıb.

Seçkilər yaxın günlərdə keçirilsə, Erik Zemmur Fransanın hazırkı prezidenti Emmanuel Makronla ikinci tura çıxa bilər.

Fransada prezident seçkiləri 10 aprel 2022-ci ildə keçiriləcək. Zemmur mühacirlər haqqında sərt sözlərdən sonra ekstremizmi qızışdırmaq cinayət işi üzrə müttəhim kürsüsündə oturub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin