İranın Türkiyədə oğurlamağa cəhd etdiyi hərbi pilotdan ETİRAFLAR - VİDEO

Hazırda oxunan: İranın Türkiyədə oğurlamağa cəhd etdiyi hərbi pilotdan ETİRAFLAR - VİDEO

41730

Türkiyə oktyabrın 13-də Van vilayətində adam oğurluğu əməliyyatının qarşısının alındığını və İranın iki kəşfiyyat agentinin ələ keçirildiyini deyib.  

Bizim.Media xəbər verir ki, əməliyyatda qaçırılmalı olan şəxs üç il öncə Türkiyəyə qaçan İran ordusunun keçmiş pilotu Mehrdad Abdarbaşıdır. 

Türk kəşfiyyat xidmətinin müdaxiləsi və Türk polisinin səyləri nəticəsində əməliyyat uğursuz olub və 6 Türkiyə vətəndaşı da daxil olmaqla, ümumilikdə 8 nəfər tutulub. Mehrdad Abdarbaşı “Amerikanın Səsi”nə müsahibəsində İranı tərk etmə səbəblərindən danışıb. 
 

Onun sözlərinə görə, üç il öncə SEPAH qüvvələri Suriyada İsrail qüvvələri tərəfindən hədəf alınarkən böyük itkilər verdikdə, İran ordusu qüvvələrindən də istifadə etmək qərarına gəlib. 


Keçmiş pilot bildirib ki, 2018-ci ildə bizə bir neçə həftəyə Suriyaya getməyə hazırlaşmağımız tapşırılmışdı. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin