Hindistanın ən gənc astroloqu Abiqya Anand ötən ilin noyabrında dünyada xəstəlik və virusun yayılacağı barədə proqnozunu öncədən verməsi ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, astroloq insanlara koroanvirus və digər viruslardan qorunmaq üçün təbii qidalanmağı, daha çox sarıkökdən istifadə etməyi tövsiyə edib.
“İnsanlar zəhərli su içir. Su basmadan sonra bu qidalardan da əli üzüləcək. İnsanlar özlərini qorumaq üçün yeməklərinə fikir verməli, təmiz qidalanmalıdır. Ət az yeməlidir. Daha çox meyvə-tərəvəz yeyin, çünki bu ehtiyat sizə irəlidə lazım olacaq. Sarıkök və limonu bol edin”.
Artıq bir çox mənbələr bu çayı ağciyərləri, ümumilikdə bədəni koronavirusdan qoruyan kimi təqdim edir.
Hər halda hər gün içdiyiniz zərərli, rəngli qara çaydan imtina edib, belə çaylara üstünlük versəniz yaxşı olar.
3 stəkan suyu bir qabda qaynadıb, içinə 1 çay qaşığı sarıkök, çay qaşığının ucunda qara istiot qatıb qarışdırırsız. Odda saxlamayın. Soyudub içəndə bal qata bilərsiz. Sarıkökün miqdarını özbaşına artırmayın, bu zərərlidir. (Medichina.az)
Bizim.Media