Hind gözəlləri bu üsulla dərilərinə qulluq edirlər

Hazırda oxunan: Hind gözəlləri bu üsulla dərilərinə qulluq edirlər

41649

Hindli qadınlarən əksəriyyəti üz baxımı üçün kosmetoloji mərkəzlərə getmək əvəzinə evdə olan ərzaqlarla baxım etməyə üstünlük verir. Bu cür maskalar isə onları hər zaman gənc, təravətli saxlayır.

Bizim.Media Hindistanda qadınların baxım üçün istifadə etdiyi vasitələri təqdim edir:

1994-cü ildə "Miss World" seçilən 47 yaşlı Aişvariy Ray dərisinə noxud unu, sarıköklə hazırlanan maska çəkir. Sarıkökün tərkibində olan maddələrin dəriyə xeyirli olduğu bildirilib.

Eyni zamanda dəri qocalmasının qarşısını alır, kollageni artırır. Amma onu çox istifadə etməyin, dəri rənginiz sarala bilər.

Üzümlə yaşlanmanı gecikdirmək hind xanımlarının ən böyük sirridir. Hind üzümü olaraq bilinən alma şirəsi maska üçün ən önəmli vasitədir. Amla suyunu balla qarışdırıb üzə çəkmək qırışların qarşısını alacaq.

50 yaşlı hindli ulduz Padma Lakşmi qüsursuz dərisinin olmasını bala borclu olduğunu açıqlayıb.

O, gözaltından başqa bütün üzünə bal çəkir. Bal dəridəki iltihabı azaldır. Dərini təravətli və daha canlı edir.

40 yaşlı Kareena Kapur Xan mətbəxdə olan ərzaqlarla dərisinə qulluq edir. Aktrisa 2 xörək qaşığı sandal ağacı toxunu iki damcı E vitamini və bir az sarıköklə qarışdırıb üzünə çəkir. əgər dəriniz qurudursa, sandal ağacı tozunu balla qarışdırıb çəkin.

Aktrisa Freida Pinto dərisini nəmləndirmək üçün hind qozu yağından istifadə edir. O, dəridəki mikrobları öldürür, yaraları sağaldır, iltihabı azaldır, səpkiləri qurudur. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin