“RİA Novosti”dən dini liderlərin üçtərəfli bəyanatı ilə bağlı TƏHRİF - FOTO 

Hazırda oxunan: “RİA Novosti”dən dini liderlərin üçtərəfli bəyanatı ilə bağlı TƏHRİF - FOTO 

41545

Rusiya, Azərbaycan və Ermənistanın ruhani liderlərinin Moskvadakı üçtərəfli görüşündən sonra bəyanat yayıldığı barədə xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, Patriarx Kirill çərşənbə günü Danilov monastırında bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə üçtərəfli danışıqlardan sonra sözügedən bəyanatı oxuyub.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada 3 ölkənin dini liderləri görüşdü – Jurnalistlər zala buraxılmadı


Bəyanatın mətni Moskva Patriarxlığının rəsmi saytında dərc edilib. 

Bəyanatda bildirilib ki, Qafqaz hər zaman ozündə çoxlu xalqlar, dillər və mədəniyyətlərin özündə birləşdirən bir məkan kimi məşhur idi. Azərbaycan və erməni xalqları üçün birlikdə yaşamaqdan başqa gələcəyi yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, yenidən qonşuya hörmətlə yanaşmaq və və qarşılıqlı yardıma hazır olmağını öyrənmək xüsusilə vacibdir. Belə bir yanaşmanın açarı dini ziyarətgahlara, tarixi abidələrə və qəbiristanlıqlara hörmətlə yanaşmaqda, fərqli inanclı insanların dini hisslərinə hörmət etməkdə, ölənlərin xatirəsinin diqqətlə qorunmasındadır. 
 

Rusiyanın "RİA Novosti" xəbər agentliyinin bu barədə hazırladığı xəbərdə həm bəyanatda yer almayan  "Dağlıq Qarabağ" ifadəsinə yer verilib, həm də abidələr və qəbiristanlıqlar hissəsi ilə bağlı hissə təhrif olunub. 


"Onlar həmçinin Dağlıq Qarabağdakı ibadət obyektlərinə, qəbiristanlıqlara və tarixi abidələrə hörmət etməyə çağırıblar", - deyə saytda bildirilib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin