Fələstinin qadın ninzalar! Onlar xüsusi əməliyyatlar üçün hazırlanıb

Hazırda oxunan: Fələstinin qadın ninzalar! Onlar xüsusi əməliyyatlar üçün hazırlanıb

41525

Moderator.az xarici KİV-lərə istinadən bildirir ki, Fələstində "Xüsusi Qüvvətlər" birliyinə seçilən fələstinli qadın  əsgərlər  Fələstinlilərin qürur qaynağına çevriliblər. Onlar bütün döyüş əməliyyatlarına  hazırdırlar.
2012-ci ildə yaradılan Fələstinin Yerixo şəhərində 131 nəfərlik xüsusi birliyin bütün təchizatları ABŞ tərəfindən qarşılanır. Xüsusi təyinatlılar gündəlik həyatlarını 4 saat sıx davam edən təlimlərdə keçirlər. Birlik yaradılmasının ardından İordaniya, İsrail və Fransada  girovları qurtarma və xilasetmə  üçün xüsusi təlim alıblar. Fələstinin hərbi güclərinə tabe olaraq, girov qurtarma , VIP qoruma və xüsusi əməliyyatlara görəvləndirmə üzrə peşəkarcasına hazırlanıblar. Xüsusi təyinatlılara  qatılan beş fələstinli qadın əsgər isə kişi həmkarları içərisində göstərdikləri müvəffəqiyyətlə fərqlənirlər. Birliyə keçən həftə qatılan 19-23 yaşlarında olan beş fələstinli  qadın əsgəri isə əllərindəki  Kalaşnikov  və “blacks” içindəki  ninzaları xatırladan paltarlarla kişi həmkarlarından belə  seçmək çox  çətindir.

Birliyin bütün üzvləri əla  dərəcədə yüngül və ağır  silahlarıdan istifadə edə bilmə qabiliyyətinə sahibdirlər. Ağır şərtlər altında təhsil və təlim alan qadın əsgərlərin hər biri yaxşı döyüş mütəxəssisi və bütün çətin şərtlər altında həyatda qalmağı bacarmaq  qabiliyyətinə  sahibdirlər.

Elman


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin