Ali Radanın deputatı Zelenskini İTTİHAM etdi - TƏFƏRRÜAT

Hazırda oxunan: Ali Radanın deputatı Zelenskini İTTİHAM etdi - TƏFƏRRÜAT

41382

“Müxalifət Platforması - Həyat uğrunda” partiyasından Ali Radanın deputatı seçilən Oleq Voloşin “Birinci müstəqil” telekanalında deyib ki, ABŞ Ukrayna prezidenti Vladimir Zelenskiyə şübhə ilə yanaşır. Onun fikrincə, Ukrayna lideri Qərbin "probleminə" çevrilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “mk.ru” saytı yayıb.

Deputatın sözlərinə görə, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland bu mövqe ilə Moskvaya rəsmi səfərə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

İstefaya göndərilən spiker od püskürdü: “Heç vaxt Zelenskinin dostu olmamışam”


"Mənbələrim deyir ki, Vaşinqtonun Zelenski komandasına münasibətindəki bu cür dəyişikliklərin mühərriklərindən biri Nulanddır. Siyasətçi Zelenskiyə şübhə ilə yanaşır, onun idarəolunmaz və qeyri-müəyyən olduğu qənaətindədir”, deyə Voloşin vurğulayıb.

O, dediklərini belə izah edib: “Vaşinqton başa düşür ki, bölgədə eskalasiyanı yalnız Kiyev yarada bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin